Azərbaycanda avtobuslarda gediş haqqı artırılmayacaq
6.12.2011

Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqqının artırılması üçün hökumətə müraciət etməyib.
Onun sözlərinə görə, bununla bağlı yayılan xəbərlər, o cümlədən gələn ildən avtobuslarda gediş haqqının artırılacağı barədə məlumatlar həqiqətə uyğun deyil: «Gediş haqqının artırılması gözlənilmir».