Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi avtobuslarda gediş haqqının artırılması üçün hökumətə müraciət etməyib.
Onun sözlərinə görə, bununla bağlı yayılan xəbərlər, o cümlədən gələn
ildən avtobuslarda gediş haqqının artırılacağı barədə məlumatlar
həqiqətə uyğun deyil: «Gediş haqqının artırılması gözlənilmir».