Bu yaz dırnaqlarda müxtəlif trendlər dəbdə olacaq.
Metal
Gümüşü, qızılı ya da qara və daha fərqli rənglər yazın dırnaq dəbinə daxildir. Boya çəkəndən sonra üstünə metalik cizgilər əlavə edə bilərsiniz. Daha az gözə çarpan görüntü istəyirsizsə, metalik rəngləri sadəcə dıraqların uc hissələrinə çəkməyi təcrübədən keçirin.
Açıq rəng
Bütün qadınlar açıq çəhrayı dırnaq boyalarını sevir. Bu bahar digər rənglərin də açıq tonları dəbdə olacaq. Yaşılın və mavinin açıq tonları yaz dəbinin trendi olacaq. Pudra rəngi dırnaqların daha uzun görünməsini təmin edə bilər. Bunun üçün əlin rəngindən bir ton açıq dırnaq boyası çəkin.
Nail art
Dırnaq işləməsini özünüz edirsizsə, daha asan və uzun müddət qalan bilən formalar seçin. Hətta ayaq barmaqlarınızda da dırnaqlara müxtəlif sadə şəkillər çəkə bilərsiniz. Kontrast iki rəngdən istifadə etmək də yazın dırnaq dəbinə daxildir. Eyni rəngin açıq və tünd tonlarını bir araya gətirib dırnaqlara çəkə bilərsiniz.
Nail art üçün kiçik və incə bir fırça ala bilərsiniz. Belə fırçaları kosmetika mağazalarında tapmaq mümkündür. Fırça, eyeliner qalınlığında olmalıdır. Fırçalar asetonla rahatlıqla təmizlənir. Fırçanı rənglərə batırdıqdan sonra dırnaqlara kiçik rəsmlər çəkə bilərsiniz.
Publika.Az