Tanınmış türkiyəli müğənni Sərdar Ortaç Naxçıvanda konsert verib.
Yağmurlu hava şəraitinə baxmayaraq konserti çoxlu sayda tamaşaçı izləməyə gəlib.
2 saat davam edən konsert proqramında Sərdar Ortaçla yanaşı, səhnədə xanəndə Arzu Əliyeva, müğənnilər Günay İbrahimli, Elçin Cəfərov və Günel Məhərrəmova və DJ Çina (Çingiz Mustafayev) da olub.
Konsertə aparıcılığı Nərgiz Cəlilova edib.
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycanda olan Sərdar Ortaç mayın 25-də Bakıda “Buta Palace”da konsert proqramı ilə çıxış edib.
Konsertin təşkilatçızı “Səs organization”ın rəhbəri Nahid Emiloğludur.
gun.az