Bakı və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Qərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
APA