Təhsil Nazirliyi Azərbaycanda distant təhsilə nə vaxtdan keçilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirlikdən verilən xəbərə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda distant təhsilalma forması təsbit edilib.
Bildirilib ki, bu təhsilalma formasında informasiya texnologiyalarından əsas vasitə kimi istifadə olunduğundan onun tətbiqi üçün müvafiq ali təhsil müəssisələri müasir informasiya texnologiyaları vasitələri və avadanlıqları ilə təchiz olunmalı, tədrisi məsafədən təşkil etmək üçün ixtisaslaşdırılmış internet-auditoriyaları yaradılmalıdır. Hazırda respublikanın bir neçə ali təhsil müəssisələrində bu istiqamətdə müəyyən işlər aparılır. Onlar başa çatdıqdan sonra həmin ali təhsil müəssisələrində distant təhsilalma formasının tətbiqi məsələsinə baxılacaq.
ANS PRESS