Müslüm Gursəsin özəl muzeyi Şanlıurfada təşkil ediləcək
Ötən ay dünyasını dəyişmiş məşhur türk sənətçisi Müslüm Gursəsin adı ilə bağlı muzey yaradılacaq. Doğma Şanlıurfa şəhərində açılacaq muzeydə "arabesk kralı" adlandırılan müğənninin şəxsi əşyaları nümayiş olunacaq.
Bu barədə Şanlıurfa valisi Cəlaləddin Güvənç məlumat verib. O, mərhum Müslüm Gursəsin xanımı ilə danışıldığını və onun razılığının alındığını deyib.
Hazırda Müslüm Gursəs muzeyinin təşkil ediləcəyi məkan müəyyənləşdirilir.
ANS PRESS