Habil Əliyevin 86 yaşı oldu - Video
29.5.2013

“Segah”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına kamança həyatı verən, Şərqdə virtuoz kaman improvizatoru kimi məşhur olan Azərbaycanın xalq artisti Habil Əliyev üçün 28 may ikiqat bayram idi. Dünən o, həm Respublika gününü, həm də 86-cı doğum gününü qeyd edib.

Habil Əliyevi xalqa sevdirən də elə yəqin təkcə onun gözəl kaman ustası olması deyil. Təvazökarlığı, səmimiyyətidir. Habil Əliyev bu doğum gününü də həmişəki kimi ailə üzvləri arasında qeyd etdi. Böyük sənətkar özünə Tanrıdan uzun ömür arzulayır. Biz də canlı korifeyə qorxu ilə gözlədiyi sonun ondan uzaq olmasını arzulayırıq.

Video

Big.az