Almaniyada həkimlər başında karandaşla on il yaşamış şəxsi əməliyyat ediblər.
Əsli Əfqanıstandan olan 24 yaşlı gənc uzun illərdir ki baş ağrısından əziyyət çəkirmiş. Həmçinin sağ gözündə də pozğunluq yaranıbmış ki, heç kim bunun səbəbini bilmirmiş. Sonradan Almaniyanın Axen klinikasında tomoqrafiydan keçən gəncin başında karandaş olduğu məlum olub.
Gənc isə sonradan xatırlayıb ki, məktəb vaxtı karandaşın üstünə yıxılıbmış və burnundan qan axıbmış. Lakin o hiss etməyib ki karandaş burnundan başına keçib.
publika.az