113 yaşlı hindistanlı qadın dünyanın ən yaşlı, kiçik boylu insanıdır.
Publika.Az-ın məlumatına görə, Zinat Bi Bhopalın qeydiyyat kağızına görə 101 yaşı var, lakin o iddia edir ki, əslində 113 yaşı var, kağızlarda səhv qeyd edilib. Amma hətta 101 yaşı olsa da Zinat dünyanın ən yaşlı liliput qadınıdır. Zinatın boyu 91 santimetrdir. Zinat boyu balaca olduğu üçün heç vaxt evlənə bilməyib.
Onun yeganə gəlir mənbəyi isə ayda 3.7 funt sterlinqdir. Balaca nənənin qəyyumu deyir ki, Zinatı hamı unudub və onun qayğısına heç kim qalmır.
publika.az