“Son zəng” günü Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
30.5.2013

Mayın 31-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanının əksər rayonlarında da mayın 31-də gündüz əsasən yağmursuz hava olacağı, lakin gecə bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.

APA