TQDK Rusiyada oxumaq istəyənlərin imtahan nəticələrini açıqlayıb
30.5.2013

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün mayın 29-da keçirilən test imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən
verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə bu gün saat 15:00-da keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.

APA