Dekabr ayın 6-da Kanadada ilk dəfə olaraq , Vankuver şəhərində Azərbaycan mədəniyyət və icma mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin məlumatına
görə, mədəniyyət və icma mərkəzində Azərbaycan dilinin, musiqisinin və
milli rəqslərinin tədrisi kurslarının təşkili planlaşdırılır.
Qeyd olunan mərkəzin açılışında Vankuverdə yaşayan Azərbaycan icmasının
fəal üzvü olan Məhəmməd Purazadın xüsusi rolu olub. Belə ki, M.Purazad
tərəfindən Azərbaycan mərkəzinin binasının əldə olunmuş və əsaslı təmir
olunub.
Mərkəzin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının
Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan mədəniyyətinin Kanadada
təbliğinin və Azərbaycan icmasının bu ölkədə mütəşəkkil fəaliyyət
göstərməsinin vacibliyini qeyd edib. Tədbir Azərbaycan musiqi konserti
ilə bitib.