Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumu 2015-ci ildə Bakıda keçiriləcək
31.5.2013

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə II Ümumdünya Forumu çərçivəsində mədəniyyət nazirlərinin ilk görüşü keçirilir.

İclasın açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, iclasın keçirilməsində məqsəd növbəti foruma hazırlıq işlərini müzakirə etmək, qarşıdan gələn iki il ərzində mədəniyyətlərarası dialoqa dair Fəaliyyət Planını qəbul etməkdir.

O, növbəti forumun 2015-ci ildə yenidən Bakıda keçiriləcəyini deyib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Naser Əbdüləziz əl Naser qarşılıqlı anlaşmanı gücləndirmək və nifrətdən qaçmaq üçün mədəniyyətlərarası dialoqu aktivləşdirməyə çağırıb.

Sosial şəbəkələrin rolundan danışan natiq bunu mədəniyyətlər və insanlar arasında sıx əlaqələrin yaranması üçün yeni format kimi dəyərləndirib.

İclasda dünyanın 40-dan artıq ölkəsindən nümayəndələr iştirak edir.

ANS PRESS