Azərbaycan Nazirlər Kabineti “2012-ci ildə Novruz, Ramazan, Qurban
bayramları haqqında” qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat
xidmətinin yaydığı məlumatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq
qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20
avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.