Dünyanın tanınmış aviaşirkəti olan «Qatar Airways» Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysi açır.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə,
sözügedən marşrut üzrə uçuşlara 2012-ci il fevral ayının 1-dən etibarən
başlanacaq: «Bakıdan Dohaya uçuşlar həftənin hər günü yerinə
yetiriləcək. Sərnişinlər həftənin II, IV və V günləri saat 18:00-da, I,
III, VI və VII günləri isə saat 22:30-da Bakıdan Dohaya uça biləcəklər».
Qeyd edək ki, uçuşlar «Airbus-320» avialayneri ilə yerinə yetiriləcək.
Bakı-Doha-Bakı aviareysinə aviabiletin minimal qiyməti 728 avro təşkil
edir.
APA