Azərbaycanlı bəstəkardan yeni layihə - VİDEO
3.6.2013

Bəstəkar Məryam Əlibəyli yeni layihə gerçəkləşdirib.

Vaxtılə “NM qrupu”, “Canbala” və başqa musiqi layihələri ilə tanınan bəstəkar azyaşlı uşaqlardan ibarət “Nağıllar”, “Gülən notlar” , “Kəpənəklər” adlı qrupda balacaları bir araya toplayıb.

Qrupların bir araya gəlməsində məqsəd isə onların birgə ifa etdiyi “Ey vətən” klipin çəkilişləri olub. 25-ə yaxın uşağın Azərbaycan haqqında ifa etdikləri mahnının musiqisi Məryəm Əlibəyli, sözləri isə Əhməd Cəmilə aiddir.

“Nağıllar”, “Gülən notlar”, “Kəpənəklər” qruplarının iştirakı ilə vətənpərvər mahnıya çəkilən klipi ictimaiyyətə təqdim olunub.

VİDEO

Gün.Az