"Əcəl atı" tamaşasının premyerası
8.12.2011

Azərbaycan Gənc Tamaşaçılar teatrında Vaqif Əlixanlının iki hissəli "Əcəl atı" tamaşası göstəriləcək. Tamaşada torpaqlarımızın azadlığı uğrunda həlak olan Azərbaycanlılardan danışılır və tamaşa Xocalı hadisələrinin il dönümü ərəfəsində təqdim olunacaq.
Baş rollarda -əməkdar aktyorlar Qəmər Məmmədov, Rahib Əliyev, Nübar Novruzov, Gülər Nəbiyeva, aktyorlar Sona Babayeva, Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Rəzzaq Məmmədov, Məhərrəm Musayev, Xalidə Şərifova, Vahid Əliyev, Elxan Qurban, Sabir Məlikov.