Qoç - Təəssüf ki, bu gün yeni başladığınız işlərdə uğura əmin ola bilməyəcəksiniz. Uğur mübarizəsiz gəlmir və lazım olan nəticəni əldə etmək üçün səy göstərmək lazım gələcək. Siz istənilən köməkdən imtina etməyə meyllisiniz və təkbaşına fəaliyyət göstərməyə üstünlük verirsiniz. Neyləmək olar? Hazırkı şəraitdə bu, ağılabatandır. Çünki müttəfiqləriniz sizin istifadə etdiyiniz üsulları çətin bəyənələr.
Xoşbəxtlikdən çətinlik və maneələr əhval-ruhiyyənizi poza bilməyəcək. Gün ərzində ruh yüksəkliyinizi qoruyacaq, axşam isə yaxınlarınıza xoş sürpriz etməyə imkan tapacaqsınız.
Buğa - Çox məhsuldar gündür. İstənilən faydalı məşğuliyyətdə müvəffəqiyyət qazanacaqsınız. Faydalı sövdələşmələr ehtimalı var, yeni gəlir mənbələri tapmağınız mümkündür. Cəsur eksperimentlərin bəhrəsi olacaq.
Çatışmazlığından şikayətlənə bilməyəcəyiniz həyat enerjisi sizi düşünülməməmiş hərəkətlərə itələyəcək, bəzən sağlam dühüncəyə zidd addımlara vadar edəcək. Xoşbəxtlikdən intuisiyanız itidir. Ona görədə ciddi səhflərə yol verməyəcəksiniz. Yeni romana başlamaq və ya köhənin bərpası üçün əla gündür.
Əkizlər - Sizə cüzi səbr lazımdır. Çoxdan qurduğunuz və fikrinizdə tutduğunuz planın həyata keçirilməsinə başlamağın vaxtı yetişəcək. Bu gün hazırlıq işləri ilə məşğul olmaq, ilkin danışıqlar aparmaq olar.
Bürcün bu günə səfər planlaşdıran nümayəndələrini uğur gözləyir. Yolda maraqlı tanışlıqlar mümkündür. Cəlbedici iş təklifləri alacağınız da istisna deyil. Lakin romantik görüşlər üçün münasib vaxt deyil. Onlara sabaha təxirə salsanız yaxşıdır.
Xərçəng - Bir neçə çətin maneəni uğurla keçəcək və rahat nəfəs ala biləcəksiniz. İndi sizin qarşınızda uğura asan olmasa da, qısa yol var. Nüfuzlu şəxslərin dəstəyi yeni başladığınız işlərdə uğuru təmin edəcək. İmprovizələrdən qorxmayın: hərdən düşünülməmiş hərəkətlər ən düzgünü olur.
Az tanıdığınız adamlarla görüşlərdən çəkinmək məsələhətdir. Təsadüfi yol yoldaşları və hələ etimadınızı qazanmamış digər şəxslərə sirrinizi qətiyyət açmayın. Yalnız ən yaxın adamınızla açıq danışa bilərminiz.
Şir - Şirnikdirici şeylər və tovlamalarla dolu çətin gündür. Özünü layiqincə aparmaq asan deyil. Amma siz boş yerə Şir bürcü altında dünyaya gəlməməsiniz. Yəqin ki, hər şeyi lazım olduğu kimi etməyə özünüzdə güc tapacaqsınız. Nüfuzlu şəxslərlə mübahisələrdə öz nöqteyi-nəzərinizi müdafiə edin, geri çəkilməyə tələsməyin. Hadisələrin inkişafı sizin haqlı olduğunuzu üzə çıxaracaq.
Evdə gərgin vəziyyətlər mümkündür. Mübahisə və incikliklərin səbəbkarı siz olmayacaqsınız. Lakin sülhməramlılıq rolu sizə həvalə olunub. Sağlam düşüncənin dəlillərinə müraciət etməyə dəyər. Soyuq məntiq dilə tutmaqdan və təsəllidən daha effektlidir.
Qız - Çox uğurlu gündür. Əlverişli məqamdan başladığınız işləri başa çatdırmaq, işlərinizdə qayda yaratmaq üçün istifadə edin. Təəssüf ki, sabah vəziyyət pisə doğru dəyişəcək. Bütün ilkin razılaşmaları sənədlərlə möhkəmləndirin, maraqlandıran bütün suallara cavab alın.
Maliyyə vəziyyəti əlverişlidir. Uğurlu alqı-satqı mümkündür. Bahalı hədiyyələr də istisna deyil. Tanışlıqlar üçün pis gün deyil. Belə tanışlıqlardan birinin romantik davamı ola bilər.
Tərəzi - Bir qədər gözləyin. Arzularınızın reallaşması və ideyalarınızın həyata keçməsi üçün əlverişli an bir qədər sonra çatacaq. Hələlik cari işlərlə tam ciddiyyyət və səylə məşğul olmağınız məsləhətdir.
Əhval-ruhiyyəniz sabit olacaq. Amma onu yüksək kimi qiymətləndirmək olmaz. Sakitliyinizi qoruyur və boş şeylərə görə əhvalınızın pozulmasına imkan vermirsiniz. Yaxınlarınız sizi şənləndirməyə və sevindirməyə çalışacaqlar. Onlar günün ikinci yarısında buna nail ola bilərlər.
Əqrəb - Sizin payınıza daha bir çətin gün düşüb. Əsas problem sizin ətrafdakılarlar uzlaşa bilməməyinizdir. Hətta, ağıllı nəsə təklif edəndə də sizi eşitmirlər və ya düzgün başa düşmürlər. Kömək gözləmək mənasızdır. Yaxşısı budur, öz problemlərinizin həllinə dərhal təkbaşına başlayın.
Maddi vəziyyət əlverişli deyil. Siz lazım olandan daha çox pul xərcləməyə meyllisiniz. Büdcə planlaşdırılması ilə məşğul olmaq məsləhət deyil – hesablarda səhvə yol verilməsi ehtimalı çox böyükdür. Az fiziki yük, təmiz havada gəzinti və fəal istirahət faydalıdır.
Oxatan - Hansısa köhnə problemləri həlli, çoxdan ortaya çıxmış sualların cavabını axtarmaq üçün pis gün deyil. İşlərinizi qaydaya salın. Bu gün bundan yorulmayacaqsınız. Çünki həyat potensialınız çox yüksək səviyyədədir.
Günün birinci yarısında emosional diskomfort mümkündür. Bu üzdən əsəbi və səbrsiz olacaqsınız. Lakin axşama yaxın əhval-ruhiyyəniz sabitləşəcək, həyat sevcisi və nikbinliyiniz geri qayıdacaq. Ona görə də vacib görüşləri günün ikinci yarısına təyin etməyiniz məsləhətdir.
Oğlaq - Uğurlu, istənilən başlanğıc üçün münasib gündür. İş partnyorlarınızla ziddiyyətləri aradan qaldırmaq, yeni – sizin şərtləriniz əsasında əməkdaşlığa başlanması istisna deyil. Çox güzəştə getmirsiniz və bu, yaxşıdır. Çünki sizin nöqteyi-nəzəriniz düzgün, tələbləriniz isə əsaslıdır.
Şəxsi münasibətlər baxımından da əlverişli gündür. Yaxınlarınızın sizdən nə istədiyini başa düşəcək, romantik münasibətlərin dolanbaclarından baş çıxaracaqsınız. Axşam dostlarla görüş üçün münasibdir.
Dolça - Yəqin ki, sixin üçün uğursuz gün olacaq. Bu günlərdə yaranan xoşagəlməzliklərin davamı olacaq, üstəlik, onlara yeniləri də əlavə olunacaq. Populyar olmayan qərarlara hazır olun. Yalnız belə qərarlar ehtiyacınızın olduğu nəticələri əldə etməyə imkan verəcək. Rəhbərliklə, həmkarlarınızla münaqişələr mümkündür. Müxalifətdə qalmaq, nüfuzunuzu itirmək riski ilə üz-üzəsiniz.
Yaxınlarınız sizi dəstəkləyirlər. Lakin təəssüf ki, onlar da real yardım edə bilmirlər. Qısası, xoş sözlər kifayət qədər olacaq. Günün ikinci yarısında şənlənə biləcəksiniz.
Balıqlar - Neytral gündür. Bu gündən gələcək üçün planlarınızda müəyyən dəyişikliklər etmək üçün yararla bilərsiniz. Həddindən artıq yüsək hədəflərdən qaçın. Bu gün sadəlik sizə yaraşıq verməsə də, ən azı məyusluqlardan sığortalanmağa kömək edəcək.
Xoşagəlməz görüşlər mümkündür. Heç bir bəhanə ilə onlardan yayına bilməyəcəksiniz. Maddi itkilər istisna olunmur. Buna sizin diqqətsizliyiniz və istəklərinizin həyata keçirilməsini təxirə salmamağınız səbəb olacaq. Günün müsbət tərəfi ondan ibarətdir ki, yaradıcılıq potensialınız yüksək olacaq və bunun sayənsində məqsədinizə doğru qeyri-standart yollar tapacaqsınız.