Günün qoroskopu
4.6.2013

Qoç - danışıqlar, informasiya və sənədlərlə iş üçün yaxşı gündür.
Ayrı-ayrılıqda olan, dağınıq ideya və planları bir yerə toplayın. İntuisiyanız sizə bacarıqlarınızı izhar etməyin uyğun müstəvisini göstərəcək.

Münasibətlərdə yeni nüanslar aşkarlanır.
Keyfiyyətli, gözəl və dayanıqlı nəticələrə nail olmağa çalışın.

Təmaslarda hisslər və emosiyaların yükü artır. Soyuqqanlı olun.
Günün ikinci yarısında aktivliyi bir qədər azaltmaq olar. Nəqliyyatda diqqətli olun.

Axşam saatlarını rahat keçirin. Aktivliklə bağlı heç bir məhdudiyyət yoxdur.

Buğa - yaşamınızda ciddi yeniliklər olacaq. Çevik davranın, eyni vaxtda bir neçə istiqamətdə çalışın.

İnformasiya çox olacaq. Gələn məlumatları müzakirə edin, bilgilərdən yararlanmağa çalışın. Resurslar, kontaktlar, təmasları yenidən dəyərləndirin.

Günün ikinci yarısında hadisələrin dinamikası güclənəcək. İşlərin effektivliyini artırmaq üçün mühüm və ikinci dərəcəli məsələləri ayırın.

Əsas xətti müəyyənləşdirin, yerdə qalan işləri yaxın ətrafınızdakı insanlarla bölüşün.
Səhhətinizə fikir verin.

Əkizlər - qərarlarınız və yaxın ətrafınızdakı insanların davranışlarında motivasiya olmaya bilər. Hisslərinizlə emosiyaların əsiri olmayın.

Düşünülməmiş addımlar atmayın, soyuqqanlı olun. Günün aspektləri sizin üçün uğurludur. Ətrafınızdakı insanları anlamaq üçün səy göstərin.

Narahatlıq və nigaranlıq obyektini aramayın. Xoşunuza gələn işlə məşğul olun. Kimisə görmək, hisslərinizi izhar etmək istəyirsinizsə, əlverişli vaxtdır. Mühüm işləri təxirə salmayın.

Xərçəng - ətrafınızdakı təlaşa, həyacana fikir verməyin, diqqətinizi işdən ayırmayın. Peşəkar perspektivləriniz hərəkətə gəlir.

Hərəkətərin hamısı pozitiv olmasa da, yeniliklər xeyirlidir.
Ciddi səhvlərə yol verməyin. Belədə çətinliklər sizə mane olmayacaq və işlərinizi uğurla inkişaf etdirə bilərsiniz.

Ehtiyac yaranarsa, maraqlarınızı müdafiə edin, situasiyanı pat vəziyyətindən qurtarın. Sıradan çıxan avadanlığı, sərinləşmiş hissləri bərpa edin.

Bəzi planlarınız reallaşmasa, pərişan olmayın. Başqa məqsədlərin həyata keçirilməsi üçün daha azad davrana biləcəksiniz.

Şir - kollektiv, komanda və ya qrupda çalışmaq faydalıdır. İşlərin gedişatını müzakirə edin. Mümkün problemləri təxminləyin və onların heç olmasa, bəzilərini ilkin mərhələdə həll etməyə can atın.

Kollektivdəki çətin problemin həllində təşəbbüskar olun.
Yaradıcı yanaşmanın nəticəsində maraqlı ideyalar formalaşa bilər.

Çətinliklərə fikir vermədən fəaliyyətə davam edin. Yeni, maraqlı layihələr gündəmə gəlsə də, çox məqam aydın deyil. Danışıqlar səviyyəsində suallara cavab tapmamış irəliləməməyə can atmayın.

Axşam saatları söhbət, dost və ya qohumla görüş, gəzinti, ənənəvi kanallarla məlumat almaq üçün yaxşıdır.

Qız - görüş və danışıqlar hansısa məsələnin maddi tərəfini gündəmə gətirə bilər.

Həmsöhbətin zahiri görünüşünə aldanmayın. Fəaliyyət və rolların dəqiq məzmununu anlamağa çalışın. Baş verənlərin məntiqi təhlilini aparın.

Şərtlər və situasiya maraqlarınızla istəklərinizi ön plana çıxarır. Danışıqlar aparmaq, perspektivlərinizin genişləndirilməsi ilə bağlı məsələləri həll etmək üçün əlverişli zamandır.

Axşam saatlarında istirahət edin, dostlarla görüşün.
Sabah aktiv gün olacaq. Bunun üçün planı indidən hazırlamağa başlayın.

Tərəzi - yaşam arealınızda müsbət dəyişikliklər yaşanır. Yaxınlarınız və dostlarınızın dediklərini nəzərə alın. Həmin söylənənlər arasında maraqlı məsləhət də ola bilər. Yeni maraq obyekti yaranacaq.

Zahiri görünüşünüzlə səhhətinizə gərəkli səviyyədə diqqət verin.
Günün ikinci yarısı mühüm məsələnin nəzərdən keçirilməsi, birgə qərarın qəbul edilməsi üçün əlverişli vaxtdır.

Emosional həddin yuxarı olduğunu nəzərə alın. Bir məsələdə "ilişib" qalmayın.
Mübahisə üçün səbəb arayan adamlarla yaxın ünsiyyətdə olmayın.

Əqrəb - yaxınlarınız üçün gördüyünüz iş yaxşı nəticə verəcək. Önəmli işdə diqqətli olun, fikrinizi dağıtmayın. Emosiyalara uymayın, hissiyatın diqtə etdiyi addımları atmayın.

Tələsməyin, işlərdə və yaşam arealında qayda yaradın. Gördüyünüz əməllərə və danışdığınız sözlərə estetik komponentlər qatın.

Təmasları elə seçin ki, ünsiyyətdən həzz alasınız. İzafi işlər görərək yorulmayın. Zahirən təsadüf təsiri bağışlayan hadisələri təhlil edin. Hadisələr dəyişikliklərə səbəb olur.

Mümkün problemləri qabaqlamağa, onları ilkin dövrdə çözməyə çalışın.

Oxatan - cari problemləri tərəfdaşla müzakirə etmək və işin ağırlığını onunla bölüşmək imkanları var. Əvvəllər verilməyən suallar, səslənməyən iddialar gündəmə gələ bilər.

Maddi və fiziki imkanlarınızla resurslarınızı tükətməyin. Çətin qərar qəbul edin, əsas məsələni seçin, gözləyə biləcək məqamı təxirə salın.

Sağlam məntiqlə hərəkət edin, soyuqqanlı davranın. Belədə daha ciddi uğurlara nail ola bilərsiniz.

Məhsuldarlıq və işlərin effekti çalışdığınız mühitdən asılı olacaq.
Hər şey əl altında olmalıdır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyəti minimal zərurət səviyyəsinə salın.

Axşam saatları ilə bağlı məhdudiyyət yoxdur. Vaxtınızı dostlarla keçirin. Ümumi planlar və önəmli məsələləri tərəfdaşlar, iş yoldaşları ilə müzakirə edin.

Oğlaq - hisslərinizi cilovlayın, stabilliyin möhkəmləndirilməsinə çalışın. Situasiya tədricən düzəlir. Əvvəllər geridə qaldığınız müstəvidə irəli çıxmaq, itirdiyinizi mövqeləri qaytarmaq imkanları var.

Günün ikinci yarısından yığılıb qalmış məsələlərin həll edin. Perspektivdə sizin üçün önəmli olacaq mövzularla bağlı məsləhətləşmələr apara bilərsiniz. Tələb və ya ideyalarınız varsa, rəhbərliklə danışın.

Axşam saatlarında idmanla məşğul olun, işi artırın.
Şəxsi münasibətlər mövzüsunda tərəfdaşın hisslərinə diqqətli olun.

Dolça - qəfil dəyişikliklər və yerdəyişmələr kollektivlə qrupdakı işə təsir edəcək. Dostlarla münaqişə, səbəbsiz mübahisə, situativ qısqanclıq istisna deyil.

Günün ilk yarısında aktiv olun, gərgin vəziyyətləri işlə həll edin.
Enerjiniz uğurlu həll vasitəsinə çevrilə bilər.

Hansısa məsələ sizi xüsusilə narahat edirsə, təhqiqat və ya araşdırmaya başlayın. İnformasiya kanallarını açıq saxlayın. Bu gün məlumatlar özü sizə gələcək.

Balıqlar - mühüm situasiya üzərində nəzarəti əldə etməyə imkan verən işləri görün. Cari işdən fərqli proses başlana bilər.

Tərəfdaş və şəriklərlə əlaqələr, danışıqlar, telefon zəngləri və ya yazışma perspektivlərinizə müəyyənlik gətirə bilər. Təşəbbüslərlə hələ tələsməyin. Baş verən və maraqlarınıza təsir edən dəyişikliklərə vaxtında reaksiya verin.

Bu gün əldə edəcəyiniz maliyyə vəsaitini rasional xərcləyin. Şəxsi münasibətlər müstəvisində soyuqqanlı və sayıq olun.

Axşam saatlarında mühüm məsələləri müzakirə etmək olar.

Milli.Az