Artıq indiyə qədər fillərin, delfinlərin, dələlərin və atların çəkdikləri rəsmlər olub. İndi isə Arbor adlı it fırçayla şəkil çəkməyə başlayıb.
Istedadlı itin sahibləri, ABŞ sakinləri Brus və Cennifer Handersonlar onu itlər üçün sığınacaq yerindən götürüblər.
Onlar itə sahiblənəndə ağıllarına da gəlməyib ki itləri çox istedadlıdır və gələcəkdə məşhur olacaq. İndi iki yaşlı Arbor nəinki onları həm də rəsmləri görənləri təəccübləndirir. Sahibləri Arborun rəsmlərini online-hərrac saytında yerləşdiriblər.
Onlar deyirlər ki rəssam itin rəsmlərindən gələn gəlir evsiz itlər üçün xeyriyyə fonduna gedəcək. İtin ən bahalı işi isə 500 dollara satılıb. Bu rəsm üçün o 10-15 dəqiqəsini sərf edib.
Video
publika.az