Yaponiyada maqnit yastıq üzərində hərəkət edən qatarın sınağına başlanmışdır
4.6.2013

Yaponiyada maqnit yastıq üzərində hərəkət edən qatarın ilk modelinin açıq havada kommersiya məqsədilə istifadəsi üçün sınaqlarına başlanılmışdır.
İyunun 3-də “JR Tokai” şirkəti LO modelli qatarın Yaponiyanın mərkəzində yerləşən Yamanasi prefekturasındakı ekstremal yolda təqdimatını keçirmişdir. Həmin yolun uzunluğu 43 kilometrdir və bu məsafə tam həcmli sınaqların aparılması üçün yetərli sayılır.
Lokomotivin öz arxasınca çəkib apardığı beş vaqondan ibarət qatar aşağı hissədə yerləşmiş avadanlıqla yerdəki qurğular arasında əlaqəni yoxlamaq məqsədilə aşağı sürətlə hərəkətə gətirilmişdir.
Şirkətdən bildirmişlər ki, Tokio ilə Naqoya arasında hərəkət edəcək qatarların kommersiya məqsədilə istifadəsinə 2027-ci ildə başlanacaqdır. Sürəti saatda 500 kilometrə çatan qatar həmin şəhərlər arasındakı məsafəni 40 dəqiqəyə qət edəcəkdir.

AzərTac