Qoç - süst və tənbəl olmayın. Apatiyadan qurtulun, tənbəllik etməyin. Aktiv çalışın, günü məhsuldar edin.
Çoxdan bəri gözlədiyiniz informasiyanı alan kimi həmin məlumatdan yararlanın. Bir dəqiqəni də boşa verməyin. Bədxah və rəqiblərin sizə çatmaq, sonra da sizi üstələmək şanslarını sıfıra bərabər edin.
Günün ikinci yarısında hər şey istədiyiniz kimi alınmasa da, bir sıra sürprizlər sizi sevindirəcək. Dostlara yardım edin. Az tanıdığınız insanların köməyinə çatın.
Təmənnasız yardımın əvəzini Allah verəcək.
Buğa - işləriniz alınacaq və bunu bilirsiniz. İntuisiyanız sizi aldatmayacaq. Gün uğurludur və işlərdə irəliləyişlərə nail olacaqsınız. Ünsiyyət, danışıqlar və təmaslarda xeyir var.
İnteryerin yenilənməsi, təmir işləri üçün uğurlu gündür. İmkan varsa, alış-veriş edin. Yeni münasibətlər qeyri-adi formada başlanacaq və sizi sevindirəcək.
Günün ikinci yarısında qətiyyətli, əzmkar olun. Bədxahlar və rəqiblərin bütün fitnələrinə rəğmən, məqsədə doğru hərəkətdən sapmayın.
Dalğın olmayın.
Əkizlər - günün ilk yarısı uğurludur. Yeni imkanlar və perspektivlər yaranır. Faydalı, sərfəli əməkdaşlıq başlanacaq.
Perspektivli tanışlıq yarana bilər. Nüfuzlu insanın təqdirini qazanın. Ekstravaqant addım da atmaq olar.
Günün ikinci yarısında mənzərə mənfiyə doğru dəyişir.
Təmkinli olun, məntiqlə davranın. Səhvləri və yanlışlıqları sıralamayın.
Xərçəng - günün ilk yarısı yeni ideyalar və planlarla bağlıdır. Fəal və işgüzar olun. Şansınızı əldən verməmək və böyük uğura nail olmaq üçün gərəkli addımları atın.
Əməlləriniz yaxın ətrafınızdakı insanların təqdirini alacaq.
Danışıqlar və sövdələşmələr üçün uğurlu gündür.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Sayıq olun, sərvaxt davranın. Kiçik problemlər əhvalınızı pozmasın. Maneəni aradan qaldırmağın yollarını fikirləşin.
Şir - işlər üçün ən əlverişli günlərdən biri deyil. Şəxsi münasibətlər müstəvisində problemlər yaranacaq.
Çox yaxın insanlardan biri ilə təmasları bərpa etmək gərəkdir. Diqqətinizi işə yönəldin. Adi vaxtlarla müqayisədə daha çox səhvlərə yol verməyin.
Diqqətsizlik maliyyə itkilərinə, heç bir əsası və səbəbi olmayan məsrəflərə səbəb ola bilər.
Yaşanacaq hadisələrin əks-sədası bir neçə gün hiss olunacaq. Düşünülməmiş addımlar atmayın, spontan qərarlar verməyin. Yüz ölçün, bir biçin.
Qız - günün ilk yarısı gərgin, narahat olacaq. İşlər həddən ziyadədir və onları ardıcıl şəkildə görməsəniz, vaxt çatışmazlığı problemi ilə qarşılaşa bilərsiniz.
Xaotik, mənasız fəaliyyət göstərməyin. Belədə əhvalınız pisləşə bilər. Ona görə də dəqiq və konkret plan hazırlayın, plana uyğun hərəkət edin.
Yaxın ətrafınızdakı insanlara sizi seçilmiş yoldan və bəlirlənmiş plandan kənara çıxarmağa imkan verməyin.
Günün ikinci yarısınza pozitiv təmayüllərin təsir gücü artır. Özünüzü daha rahat və əmin hiss edəcəksiniz. Dost, iş yoldaşı və ya həmfikir köməyə gələcək.
Yaxşı məsləhət alacaqsınız.
Tərəzi - maraqlı hadisələr yaşanacaq. Günün tempi intensivdir. Çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmaq üçün əlverişli vaxtdır.
Səylə və əzmlə çalışın. Nə qədər çox səy göstərsəniz, bir o qədər önəmli nəticəyə nail olacaqsınız. Maraqlı işgüzar təklif ala bilərsiniz.
Ötənlərlə birgə çalışdığınız və etibar etdiyiniz insanlardan biri ilə yenidən əməkdaşlığa başlaya bilərsiniz.
Maliyyə məsələlərinin həlli, sövdələşmə və anlaşmalar üçün uğurlu vaxtdır. Başqasının işlərinə kobud müdaxilə etməyin. Şəxsən sizin maraqlarınızın sahəsinə aid olmayan yerdə situasiyanı yanlış dəyərləndirmə riski çoxdur.
Özünüzə əlavə problem, çətinlik yaratmayın.
Əqrəb - günün ilk yarısında ehtiyatlı və sərvaxt olun. Diqqətli davranın, maraqlarınızın təminatına çalışın. Planlarınıza ehtiyatla riayət edin, amma əzmli və qətiyyətli çalışın.
Bu gün alacağınız informasiya xeyirlidir. Təhsil, tədris, ixtisas və peşə bacarıqlarının artırılması, seminar və konfranslara qatılmaq üçün əlverişli vaxtdır.
Önəmli zəng gələ bilər. Ona görə də telefon daim açıq qalsın.
İşgüzar və şəxsi münasibətlərin rəvanlaşdırılması, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya mane olan problemlərin həlli zamanıdır.
Səfər uğurlu alınacaq.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - mənfi təmayüllərin təsiri güclüdür. Günün ilk yarısı çətin olacaq. Ən sadə işlərin öhdəsindən gəlməyəcək qədər süst və tənbəl, pərişan olmayın.
Aktiv olun, qətiyyətli davranın. Günün ikinci yarısına yaxın situasiya dəyişəcək. Əhvalınız yaxşılaşacaq.
Yeni ideyalar yaranacaq. Onların arasından birini seçərək həyata keçirməyə başlayın.
Ailə üzvləriniz xoş srüprizlərlə sevindirəcəklər.
Çoxdan bəri gözlədiyiniz məlumatı və ya xəbəri alacaqsınız.
Oğlaq - iş həyatında uğurlara və əsas məqsədə aparan yolda qarşınıza çıxan sədləri dəf etmək imkanları yaranır. Bunun üçün bütün vasitələrdən istifadə edin.
Əsla xoşunuza gəlməyən insana yardım üçün müraciət etmək məcburiyyətində qala bilərsiniz.
Kəskin intuisiya və sərhəd bilməyən fantaziya sizə sevdiyiniz insanın istəyini yerinə yetirməyə imkan verəcək.
Qəfil etiraflar, yaxın vaxtlarda həyatınızda dönüş yarada biləcək görüş istisna deyil.
Dolça - həqiqətin gözünə dik baxın, reallıqla barışın. Xoş olmasa da, bu gün çox vacib əməldir bu.
Ətrafınızda baş verən hadisləri nə qədər tez anlasanız, nələr etmək gərəkdiyini bir o qədər tez bilərsinz. Yalnız öz qüvvənizə güvənin. Müttəfiqlər və yardımçılar yalnız uğuru, nəticəni bölüşdürmək zamanı peyda olacaqlar.
Həmkarlar, yaşlı qohumlar, dostlarla ünsiyyət üçün əlverişli gündür.
Alış-veriş edə bilərsiniz. İmicdə köklü dəyişikliklər fikrindən vaz keçin.
Axşam saatlarında yaxşı istirahət edin.
Balıqlar - günün əsas problemi onun əlverişsiz emosinal fonudur. Xırda məsələlər və kiçik uğursuzluqlar əhavalınızı pozur, səbr kasanız daşır. Səbrli və təmkinli olun.
Emosiyalarınız tarıma çəkilərsə, mənfi hisslərinizin hədəfi heç bir günahı olmayan insan ola bilər.
Günün ilk yarısı travma risklidir. Yolda, nəqliyyatda, sükan arxasında ehtiyatlı olun.
Bütün diqqəti işə yönəltsəniz, neqativ emosiyaların öhdəsindən gələ bilərsiniz. Xüsusi diqqət və ciddi səylər tələb edən işlərlə məşğul olun.
Axşam saatları istirahət edin, emosional durumunuzu normallaşdırın.
Milli.Az