Xəzərin Azərbaycan sektorunda bir gündə iki zəlzələ olub
5.6.2013

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ iyunun 5-i saat 06:59-da Xəzər dənizində, Lənkərandan 72 km şərqdə qeydə alınıb.

18 km dərinlikdə, 3.00 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.

***

Bu gecə Xəzər dənizində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 00:58-də Lənkərandan 60 km şərqdə, Xəzər dənizində qeydə alınıb.


Yeraltı təkanların maqnitudası 3.00, dərinliyi 21 km olub.