Dünyanın ən nazik ekranlı kompüteri təqdim edildi
5.6.2013

"Asus" şirkəti dünyanın ən nazik "4K" monitoruna sahib kompüteri "PQ321"-i təqdim edib.

Ekranının qalınlığı 35 mm olan " PQ321" 79.5 sm ekrana və 3840 x 2160 təsvir ölçüsünə malikdir.

Bundan əlavə, "PQ321" digər xüsusiyyətlərinə 10 bit "RGB" texnologiyası, iki "HDMİ" port və 176 dərəcə üfiqi və şaquli baxış bucağı aiddir.

"Asus" hələ ki, kompüterlərin qiymətlərini açıqlamayıb.

Big.az