Avtomobil sahibləri üçün ən bahalı ölkələr - Siyahı
5.6.2013

Sinqapurda yeni avtomobilin satış qiyməti orta hesabla 105 min dollardır. Britaniyanın Prestige Perfomace Center GB şirkəti dünya ölkələri üzrə avtomobilə sahib olmağın neçəyə başa gəldiyini müəyyənləşdirib. Mütəxəsislər ölkələr üzrə yeni avtomobilin qiyməti, park etmənin məbləği, benzinin qiyməti və yol hərəkəti vergisinin həcmini əsas götürərək ölkələr üzrə qiymət cədvəli müəyyənləşdiriblər.

Belə ki, dünya ölkələri üzrə ən baha yeni avtomobil Sinqapurda satılır - 105 min 253 dollar. İkinci yerdə ABŞ qərarlaşıb- 30 min 500 dollar. Sonrakı yerdə Honkonq gəlir - 27 min 694 dollar.

Dünyada ən bahalı benzin Türkiyədədir. Qardaş ölkədə avtomobil sahibləri orta hesabla ildə 5 min dollar benzinə pul ödəyirlər. İtaliya və Нonkonqda da bu göstəriciyə yaxındır. Ən ucuz benzin isə (ildə 1000 dollardan da az) Rusiya, Səudiyyə Ərəbistanı və Şimali Afrika ölkələrində satılır.

Dünyada ən bahalı avtomobil sığortası Honkonqdadır (illik 3 min dollar). Sonrakı yerlərdə 2,7 min dollarla Braziliya və Kanada (2 min dollar) qərarlaşıb. Ən ucuz avtomobil sığortası isə Qərbi və Cənubi Afrika ölkələri, Rusiya, Yaponiya və Səudiyyə Ərəbistanındadır. Bu ölkələrdə illik avtomobil sığortasının ümumi məbləği 300 dollaradəkdir.

Avtomobili park etmənin qiymətinə görə isə mütləq lider olan ölkə Avstraliyadır. Bu ölkədə 60 dəqiqə maşın saxlamağın qiyməti 28 dollar təşkil edir.

Avtomobil vergisinin yüksək olduğu ölkələr sırasında Honkonq (10 min dollar), Cənubi Koreya (2 min dollar) və Rusiya (1500 dollar) var.

Big.az