Ancelina Coli əməliyyatdan sonra ilk dəfə görüntülənib və Bred Pittin çəkildiyi filmin primyerasına gəlib.
Aktrisa yüksək xərçəng xəstəliyinin riskinə görə süd vəzlərini əməliyyat etdirdiyini açıqladıqdan sonra heç yerdə görünmürdü. Yazılanlara görə, o publika qarşısına çıxmağa cəsarət etmirdi. Bütün bunlara baxmayaraq, Bred Pittin çəkildiyi "Dünya müharibəsi Z" adlı flinmin qalasında iştirak edib və həyat yoldaşına dəstək olub. Qırmızı xalıya onlar birlikdə gəlib.
Əməliyyatdan təzə çıxmasına baxmayaraq, Joli möhtəşəm, şən əhval-ruhiyyədə və rəngi də gözəl görünürdü. Yves Saint Laurentdən olan qara libası isə onu daha da cazibədar göstərirdi. Makiyajı hər zamnakı kimi az və sadə edilib. Bred isə qalaya gələndə özünə o qədər də fikir verməyib və ciddi üslubda geyinməyib.
Joli, "Mən buraya bred Pitte görə gəlmişəm və onunla fəxr edirəm" deyib.
Deyilənlərə görə, filmin qalası Moskvada da baş tutacaq və cütlük Moskvaya gələcək.
Publika.Az