Günün ulduz falı
9.12.2011

Qoç - Günün əhəmiyyətli hissəsini kifayət qədər maraqsız və sevmədiyiniz işə sərf etməli olacaqsınız. Nə etmək olar? Bəzən zövqümüzə uyğun olmayan işlərlə məşğul olmaq lazım gəlir. Pis olan odur ki, həm vəziyyətə, həm də ətrafdakılara hirslənirsiniz. Siz olan yerdə vəziyyət gərgindəşir. Sizinlə yanaşı dayanmaq da çətindir.

Yaxın adamla açıq söhbətdən sonra vəziyyət bir qədər dəyişəcək. Siz sakitləşəcək və gələcəyə böyük nikbinliklə baxmağa başlayacaqsınız. Ən azı, sizə artıq elə gəlməyəcək ki, tezliklə hansısa faciə baş verməlidir.

Buğa - Sizi daha bir uğurlu gün gözləyir. Maliyyə perspektivləri əlverişlidir. Gəlirlərinizin əhəmiyyətli dərəcədə artmasına və daha yüksək maaşlı işə keçməyə nail ola bilərsiniz. Layihələrinizi dəstəkləməyə, sizin biznesinə vəsait qoymağa hazır olan adamlar ortaya çıxacaq.

Sizin uğura inamınız sarsılmazdır. Gün uşaqlarla ünsiyyət üçün əlverişlidir. Sevdiyiniz şəxlə görüş çoxlu xoş dəqiqələr bəxş edəcək.

Əkizlər - Bu gün ulduzlar sizə qarşı xeyirxahdırlar. Gün demək olar ki bütün sahələrdə sizə böyük uğur vəd edir. Nəinki planlaşdırılan işləri görəcək, həm də karyera nərdivanında gözlənilmədən yeni pilləyə qalxa bilərsiniz. Partnyorlarınızdan maraqlı təkliflər almağınız mümkündür.

İşiniz çox olsa da, əyləncəyə də vaxtınız qalacaq. Bu gün qeyri-adi romantik görüş üçün əlverişlidir.

Xərçəng - Pis gün olmasa da, xüsusilə maraqlı da deyil. İşdə fikrinizi toplamağınız çətin olacaq. Bu, başadüşüləndir – yaxın gələcəkdə sizi daha maraqlı şeylər gözləyir. Gün romantik məşğuliyət, çox şey vəd edən görüşlərlə zəncin ola bilər. Lakin siz arzularınızın çin olacağına əmin ola bilmirsiniz. Bəzi Xərçənglər xətrinə dəydikləri adamdan üzr istəməyə güc tapacaq və buna görə peşiman olmayacaqlar.

Xüsusi səliqə və hesablamalarda dəqiqlik tələb edən məsələlərin həlli ilə məşğul olmaq tövsiyyə olunmur. Daha çox fantaziyaya imkan verən işlərlə məşğul olmaq yaxşıdır.

Şir - Əvvəlkilərdən daha yaxşı gündür. Uğur, gözləmədiyniz yerdən gələcək, qarşınızla yeni üfüqlər və imkanlar açılacaq. Çoxdankı arzularınızı həyata keçirmək mümkün olacaq. Bunun üçün yalnız bir qədər əmək sərf etmək lazımdır. Yaxşı heç nə gözləmədiyiniz adam gözlənilmədən sizə yardım əlini uzadacaq. Onun niyyətinin səmimi olduğunda şübhələnməyin.

Emosional fon sabitləşir. Artın hər boş şeyə görə hirslənmir, bilmədən xətrinizə dəyən adamlara qarşı mərhəmətlə yanaşırsınız. Ətrafdakılar sizin simanızla güclü şəxsiyyət görəcəklər.

Qız - Gün çətinliklər gətirəcək, baş çıxarmaq mümkün olmayan şərait yaranacaq. İşdə və evdə münaqişələr mümkündür. Münaqişələrə bilmədən şərait yaradırsınız - beyninizə gələni danışırsınız və insanlar nədənsə inciyirlər. Həssas və kövrək insanlarla ünsiyyət çox çətindir.

Günün ikinci yarısında özünüzü rahat hiss etməyə başlayacaqsınız. Bu zaman bütün anlaşılmazlıqlar üzə çıxacaq, əvvəllər eyhamlarla kifayətlənən şəxslər açıq danışmağa başlayacaqlar. Bundan sonra planlar cızmaq olar.

Tərəzi - Arzulanan qonağı - uğuru qarşılayın. O, sizin evi ziyarət etmək qərarına gəlib və bir neçə hədiyyə gətirib. Bu hədiyyələrdən biri işlə bağlıdır: gün nəinki mövqelərinizi möhkəmləndirmək, həm də köhnə təhlükəli rəqibinizi qabaqlamaq və zərərsizləşdirmək imkanı verəcək. Bu gün rahat nəfəs ala, nəhayət, rəqabəti unuda və öz işlərinizlə məşğul ola bilərsiniz.

Müsbət tendensiyaların təsiri bununla yekunlaşmır: bu təsirlər şəxsi həyatınızda da güclü olacaq. Romantik görüşlər üçün əla gündür.

Əqrəb - Günün çox yaxşı olduğunu demək olmaz. Lakin o əvvəlkilərdən faydalılılığı ilə fərqlənəcək. Nəhayət, bütün xırda anlaşılmazlığı unuda və fikrinizi həqiqətən vacib işlərdə cəmləşdirə biləcəksiniz. Ətrafdakılar məhsuldar əməkdaşlığa kökləniblər. Bu gün alacağınız iş təklifləri diqqətə layiq olacaq.

Günün ikinci yarısı teatr və konsertə getmək üçün münasibdir.

Oxatan - Gücünüzü toplayın: bu, iki uğursuz günün birincisidir. Mənfi tendensiyaların bu günkü hədəfi peşəkar münasibətlərdir. Bu sahədə işlər qaydasında cetməyəcək. Siz çox səbrsizsiniz, ətrafdakılar isə tələsmirlər. Bu uyğunsuzluq üzündən münaqişələr yarana bilər.

Şəxsi həyatda işlər qismən qaydasındadır. Ən azı, neqativ emosiyalarınızı cilovda saxlaya və nisbi sakitliyi qoruya biləcəksiniz. Təşəbbüs irəli sürəndə ehtiyatlı olun.

Oğlaq - Müsbət tendensiyaların təsiri bir qədər azalır, qəti uğurların yerini şərti uğurlar tutmağa başlayır. Bu gün nüfuzlu adamlarla danışmaqda çətinlik çəkəcəksiniz. Lakin bir qədər fəndgirlik nümayiş etdirsəniz, bir qədər əvvəl başladıcığınız işi sona çatdıra bilərsiniz.

Yaxınlarla münasibətlər yaxşı səviyyədə deyil. Sizi tərifləməkdən çox tənqid edirlər. Tam qarşılıqlı anlaşmadan isə danışmağa dəyməz. Lakin yaxınlarınız yaxşı məsləhətlərlə yardım göstərməkdən imtina etməyəcəklər. Günün ikinci yarısında uzaq qohumlarınız gələ bilər.

Dolça - Bəxtiniz gətirib - gün əlverişli, maraqlı keçəcək və darıxdırıcı olmayacaq. Qarşınızda yeni iş perspektivləri açan uğurlutəsadüflər mümkündür. Yaradıcılıq potensialınız yüksək olacaq. Bu isə tam yerinə düşür. Çünki adi, standart yanaşmanın mümkün olmadığı məsələləri həll etməlisiniz. Günün ikinci yarısında aydın olacaq ki, sizin tək müttəfiləriniz yox, həm də nüfuzlu hamiləriniz var.

Gün səfərlər, səyahətlərə başlamaq üçün uğurludur. Yeni təəssüratlar xoş olacaq. Tanışlıqlar da məyus etməyəcək. Dəyərli hədiyyələr mümkündür.

Balıqlar - Çətin gündür. Əhval-ruhiyyəniz aşağı olacaq. Ruhi tarazlığı tez itirəcək, asanlıqla ruhdan düşəcəksiniz. Təəssüf ki, kədər və iztirabdan işə qaçmaq səyləriniz nəticə verməyəcək: işdə də hər şey qaydasında deyil. Həmkarlarınızla ciddi münaqişələr mümkündür.

Mənfi tendensiyaların təsirinə qarşı mübarizədə yaxınlarınızın susqun dəstəyi kömək edcək. Sizə lazım olan yanınızda kiminsə olması və sizə dostcanlıqla yanaşmasıdır. Ətrafınızda buna uyğun adam var. Qida məsələsində ehtiyatlı olun. Zəhərlənmə, həzm sistemindəki xroniki xəstəliklərin kəskinləşməsi ehtimalı yüksəkdir.