İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdim olunması mərasimi keçirilmişdir.
MATM-ın direktoru, akademik Nailə Vəlixanlı bu mərasimin muzeyin həyatında çox mühüm hadisə olduğunu bildirmişdir. O, ölkələr arasında əlaqələrin bundan sonra da davam edəcəyini demişdir. Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycana gəldiyi vaxtdan ilk ziyarət etdiyi yerlərdən birinin məhz Milli Azərbaycan Tarixi Muzeyi olduğunu demişdir.
Hədiyyə “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə” medallarından və Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr edilmiş tarixi seriyadan olan 20 medalın surətindən ibarətdir.
Hədiyyəni Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin təqdim etmişdir.
AzərTac