Amerika sakini 102 yaşını paraşütdən tullanmaqla qeyd edib.
Amerikanın Aydaho ştatının sakini Doroti Kaster 150 metr hündürlükdən tullanıb.
Qadın deyib ki əvvəlcə təyyarədən tullanmaq istəsə də sonra fikrindən daşınıb və hündür körpüdən tullanıb. Tvin-Fols ştatında yerləşən Perrayn körpüsü yeganə körpüdür ki oradan tullanmağa icazə verilir. Doroti ilk dəfə deyil ki, ad gününü belə ekstermal qeyd edir.
Keçən il o Aydahoda yerləşən kanyonlardan birində sürüşmüşdü. Doroti uzun yaşamağının sirrini izah edərkən deyib ki, o sadəcə yaşı barədə düşünmür və hər gününü maraqlı etməyə çalışır.
Video
publika.az