Mikayıl Müşfiqin 105 illiyinə "Xalq Əmanəti"ndən yeni nəşr - FOTO
6.6.2013

ASC “Xalq” Bankı iyun ayının 4-də “Xalq Əmanəti” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin “Seçilmiş Əsərləri”ni geniş ictimaiyyətə təqdim edir. Şairin əsərlərindən ibarət kitab “Xalq Əmanəti” layihəsi çərçivəsində təqdim edilən sayca səkkizinci nəşrdir.

Kitabın təqdimatı Xalq Bankın İnşaatçılar prospekti 22L ünvanda yerləşən Baş ofisində keçiriləcək. Təqdimatdan sonrakı günlərdə şairin pərəstişkarları kitabı əldə edə bilərlər. Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

“Xalq Əmanəti” layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın töhfəsidir.

ANS PRESS