Dünyaca məşhur model, 4 uşaq anası Viktoriya Bekhem son 10 illin ən yaxşı qadını seçilib.
O, Londonda “Glamour Awards” adlı mükafatın 10-cu təqdimat mərasimində bu ada layiq görülüb. Mərasimin əsas mükafatına "Glamour Women Of The Year Awards" (Onilliyin qadını) nominasiyasında Viktoriya Bekhem seçilib.
Bir vaxtlar “Spice girls” qrupunun üzvü olan, hazırda isə məşhur modelyerlərdən olan Viktoriya ictimaiyyət üçün ailə və karyeranı bir-birilə uğurla uzlaşdıran bir qadın nümunəsidir. Bekhemə mükafatı dizayner Burberry Kristofer Beylinin təqdim edib.
Viktoriya isə öz növbəsində zalda oturan həyat yoldaşı Devidə və oğlu Bruklina təşəkkür edib.
ANS PRESS