Yena Kameliya adlı 17 yaşlı gənc müğənni Azərbaycanı təmsil etdi - FOTO/VİDEO
6.6.2013

Hər il olduğu kiimi bu il də Bolqarıstanın Varna şəhərində "Discovery Pop Festival" baş tutub.

22-ci dəfə gerçəkləşən festivalda Azərbaycanı Yena Kameliya adlı 17 yaşlı gənc müğənni təmsil edib. "Eurovision" milli seçim turundan tamaşaçılara tanış olan gənc qız avropalıları öz səsi və gözəlliyi ilə ovsunlayıb. İfaçı müsabiqədə sözləri və musiqisi özünə aid "Reasen to smile"mahnısını ifa edib, xüsusi diplom qazanıb.

Yena Kameliyanın avropada artıq PR işlərini təşkilatçı qrup aparacaq. Müğənninin güclü səsi ilə bərabər avropa sayagı adı və görünüşü də festival iştirakçılarının diqqətini cəkib.

Müğəninin prodüseri Pərviz Məmmədov Yenanın əsl azərbaycanlı qızı olduğunu deyir: "Atası cənub azərbaycanlısı olsa da Yena Bakıda doğulub və Bakıda orta təhsilini bitirib. Və o bundan sonra da beynəlxalq musiqi layihələrində Azərbaycanı təmsil edəcək."

VİDEO

ANS PRESS