Qoç - işgüzar aktivlik, mühüm tədbirlər, danışıqlar və ya sövdələşmələr üçün günün ilk yarısı əlverişli deyil.
İlkin impulsa əsaslanaraq hərəkət edə bilərsiniz. Yanılmayacaqsınız.
Ünsiyyət, danışıqlar, informasiya ilə iş üçün əlverişli gündür. Səfərə çıxmaq olar.
Təqdimat, seminar, konqresə qatılın. İşgüzar tərəfdaşla asanlıqla dil tapacaq, əməkdaşlıqla bağlı yeni və maraqlı təkliflər alacaqsınız.
Şəxsi həyatda stabilləşmə dövrüdür.
Ümumi maraqlar, yaxın gələcəklə bağlı planları təhlil etmək olar.
Buğa - kollektivdən ayrılmayın, tapşırıqları vaxtında yerinə yetirin və belədə işinizi daha effektiv edə bilərsiniz. Poçt qutularını yoxlayın.
Yeni ideyalar verə biləcək insanlarla daim əlaqədə olun.
Nəyisə kökündən dəyişmək asan deyil. Amma situsiyanın inkişaf prosesində aşkarlanan maraqlı detallar perspektivdə dadınıza çata bilər.
Axşam saatlarında görüş, müzakirə mümkündür. Dostları qonaq çağırın, ya da qonaq gedin.
Əkizlər - emosiyaların görülən işə mane olmaması üçün gərəkli balansı seçin. Uzun mübahisələr, mənasız diskusiyyalara qatılmayın. Üzbəüz görüşdə çox qısa, amma effektiv məsləhət ala bilərsiniz.
Ciddi anlaşma və ya sövdələşməyə nail ola biləcəyinizə ümid etməyin. Müstəqil, təkbaşına çalışın.
Romantik münasibətlərdə mütləq şəkildə etiketə riayət edin.
Axşam saatlarında gözəl məkanda dincəlin.
Xərçəng - ailə üzvləri arasında münasibətlər, evdəki mühit normallaşacaq. Ailə üzvlərindən birini yeni xəbər və perspektivlər gözləyir. Fikirlərlə ideyaları müzakirə edin, yeni planları nəzərdən keçirin.
Yaşam arealınız ilə bağlı çoxdan bəri hazırladığınız planlardan birini reallaşdırmaq olar.
Günün ikinci yarısında imkanlarla şanslar daha cazibədardır.
İmkan varsa, alış-veriş edin.
Axşam saatlarını istirahətə həsr etsəniz də, yarımçıq qalmış işi başa vurmağın yollarını düşünün.
Şir - perspektiv planlarının reallaşdırılmasına yeni tərəfdaşlar və yardımçıları cəlb edin. Natamam, başa çatmamış layihələri müzakirə etmək olar. Həmin layihələr arasında daha perspektivli olanı seçin.
Ədalətli olun, haqq və hüquqlarınızı kimsəyə qurban verməyin. Yardım istəyən insana kömək edin.
Görüş və ünsiyyət üçün əlverişli gündür. Dostlarla birlikdə istirahət etmək olar.
Yaşam arealının bir qismində qayda yaradın.
Sabahkı işə hazırlığa başlamaq olar. Sifariş və ya tapşırığı vaxtında yerinə yetirin.
Qız - həmfikir və ya sizinlə işi paylaşmağa hazır insanı asanlıqla tapa bilərsiniz.
Alış-verişi səhər saatlarında gerçəkləşdirin.
Tələb və iddialarınız artır. Onları təmin etmək üçün yeni imkanlar yaranır.
İlk növbədə əyləncə və ya istirahəti yox, işi düşünün. Poçt qutularını yoxlayın, hadisələrin mərkəzində olun. Yaşananlara təcili reaksiya verin. Əlavə işlərdən, ideya və ya tapşırıqdan boyun qaçırmayın.
Borcu qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq üçün yaxşı vaxtdır.
Tərəzi - işlər rəvandır və proseslər sabit məcrada cərəyan edir. Olayların mərkəzində olmağa çalışın. Yeni ideyalar, təkliflər və tanışlıqlara aldanmayın. İş və şəxsi münasibətlərlə bağlı müstəvilərdə perspektivlər genişlərə bilər.
Gələcək işlərin təməli qoyulur. İnformasiya mübadiləsi, qiyabi tanışlıqlarda fayda var. Onlar hələlik təxminləyə bilmədiyiniz nəticələrin rəhnidir.
Evdə və işdə yeniliklərlərlə məşğul olun. Axşam saatlarında problemləri müvəqqəti unudun, dostlarla ünsiyyətdə olun.
Əqrəb - hadisələrə və proseslərə süni təkan verməyin. Onlar spontan inkişaf etməlidir. Cavab tədbirlərində ləngiməyin. Fəaliyyətinizin bundan sonrakı istiqaməti indi müəyyənləşir. Yeni informasiya, suallara cavablar peyda olacaq.
Nüfuzlu şəxslərin dəstəyinə nail olun. Bunun üçün vaxtınızı elə planlaşdırın ki, faydalı əlaqələri bərpa edərək yeni təmaslar qura biləsiniz.
Axşam saatlarında istirahət edin, özünüzə sakit məşğuliyyət tapın. Məhdudiyyətlər yoxdur.
Oxatan - yeni ideya və planlar perspektivlidir. Elə indi yeni işə başlamaq olar. Heç bir məhdudiyyət yoxdur. Aktiv və təşəbbüskar olun, çevik tərpənin.
Səhər saatları daha məhsuldardır. Dostlar və ya nüfuzlu tanışlardan birinin dəstəyini almaq olar. Kollektivdə yerdəyişmələr istisna deyil.
Müxtəlif instansiyalarda mühüm məsələləri uğurlu müzakirə edə bilərsiniz.
Axşam saatlarında ünsiyyəti sizə xoş insanlarla görüşün. Zahiri görünüşünüzə xüsusi fikir verin.
Yaşam arealınızı qaydaya salın.
Oğlaq - yaşamınızda mühüm olay baş verir. Aktivləşin, yeni işlərə başlayın. Qətiyyətli olun.
Yaxın ətrafınızdakı insanlar planlarınızın reallaşmasına mane olmaq üçün arqument tapa bilməməlidirlər. İşdə sizi xoş xəbər və ya təəssürat gözləyir.
İş yerində dəyişiklik etmək olar. Həmkarlarla münasibətlərdə yeni məna arayın. Cari məsələlərin həllinə yaradıcı yanaşın. Belədə yeni perspektivlər göərəcəksiniz. Daha çevik və qıvraq davranın. İşin bir qismini etibar etdiyiniz insanlara tapşıra bilərsiniz.
Dolça - işlərdə və şəxsi münasibətlərdə yeniliyə imkan verən ən kiçik şanslardan da istifadə edin. Yeni əlaqələr yaradın, tərəfdaşla danışıqlar aparın, yazışın.
Aktual və yeni mövzulara başlaya bilərsiniz. İstənilən işə yaradıcı yanaşın, eksperimentlərdən çəkinməyin. Başqasının təcrübəsindən yararlanın, yeni biliklər arayın. Səfər və ya səyahətə çıxmaq olar.
Axşam saatlarında vaxtınızı rəğbət bəslədiyiniz insanla keçirin. Əylənin, mədəni tədbirə qatılın.
Ailəlisinizsə, uşaqlara daha çox diqqət ayırın.
Balıqlar - bir çox məşğuliyyət üçün uğurlu gündür. Əsas planları günün ilk yarısında həyata keçirin. İşgüzar sahədə qarşılıqlı faydalı əlaqələr yaradaraq birgə planları müzakirə etmək imkanları var.
Səfərlər, alış-veriş həzz verəcək.
Axşam saatları evdən kənarda istirahət üçün yaxşıdır. Elitar ünsiyyətə, mədəni tədbirlərə, fərdi yaradıcılığa can atın. Yeni tanışlıqlara nail olmaq üçün yaxşı şanslarınız var.
Şəxsi münasibətlər müstəvisində irəliləyiş mümkündür.
Milli.Az