“Varlı ata, yoxsul ata” kitabının təqdimatı olmuşdur
6.6.2013

Kitab Klubunda yapon əsilli amerikalı yazıçı Robert Toru Kiyosakinin “Varlı ata, yoxsul ata” kitabının təqdimatı olmuşdur.
Müəllif kitabı ata və analara həsr etmişdir.
Özü milyonçu olan müəllif kitabında insanlara milyonçu olmağın sirlərini öyrədir. Müəllif uzun illər məktəbdə keçilmiş dərslərin pul qazanmaq üçün az əhəmiyyətli olduğunu bildirir. Ona milyonçu müəllim adı verilməsinin də bir səbəbi budur ki, kitabda o, insanların varlı olması üçün yüksək gəlirə sahib olmaq inancını yerlə-yeksan edir. O, gələcəkdə finansal uğur əldə etmək, insanların öz övladlarına pul qazanmaları üçün nələri öyrətməyin yollarını açmışdır.
Kitabın redaktoru Təbəssüm Muxtarova, tərcüməçisi Rita Ağaəhmədovadır.
Maraqlananlar bu əsəri Kitab Klubundan əldə edə bilərlər.

© AzərTAc