Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Düzgün ixtisas, uğurlu karyera” layihəsinə start verib. Layihə AR Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi keçirilir.
ATGTİ – nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədlinin rəhbəri olduğu layihə Azərbaycanın Şəki, Zaqatala və Gəncə şəhərlərində cari ilin iyun – iyul aylarında həyata keçiriləcək.Layihə çərçivəsində müxtəlif mütəxəssislərvə tələbələr tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edəcək və düzgün ixtisas seçimində onlara yardımçı olacaqlar.
Qeyd edirik ki, bu məqsədlə gənclərə özündə bu və ya digər iş-peşə sahəsində vacib olan ixtisaslar, köməkçi ixtisaslar əks olunan məlumat kitabçaları paylanılacaq.
Publika.Az