Türkiyədə keçirilən “I Samsun Beynəlxalq musiqi və səhnə sənətləri” festivalında Azərbaycanın nümayəndə heyəti də qatılıb.
Festival çərçivəsində təşkil olunan konsertdə Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstanla yanaşı Azərbaycanın nümayəndə heyəti çıxış edib.
Festivalda iştirak edən opera ifaçıları birgə “Traviata” operasından “Brindisi” ariyasını ifa ediblər.
Azərbaycanın opera ifaçısı, Opera və Balet Teatrının aktrisası Səbinə Vahabzadə festival çərçivəsində konsert verib.
APA