Bu xoruz Ginnesin rekordlar kitabına düşüb. "Malış Con" adlı xoruz öz həmcinslərindən ölçülərinə görə fərqlənir.
Böyük Britaniyada yaşayan böyük rəngarəng xoruzdan nəinki quşlar, hətta insanlar belə qorxurlar. Belə ki, onun hündürlüyü 66 sm-dir. Onun hələ qarşıdakı 1 ildə də böyüyəcəyi gözlənilir.
Onu buterbrod,çipslə bəsləyirlər. Xoruz özü isə ən çox popkorn qarğıdalını sevir. Nəhəngin sahibinin sözlərinə görə, bu onun ilk böyük ev quşu deyil. Belə ki, təsərrüfatında Malvina adlı 60 sm-lik xoruzuda var.
ANS PRESS