Bakıda “Ənvər Məmmədxanlı-100” mövzusunda elmi konfrans keçirilmişdir
7.6.2013

İyunun 7-də Azərbaycan Dövlət Teatr Muzeyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Xalq Yazıçısı, SSRİ Dövlət Mükafatı laureatı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

“Ənvər Məmmədxanlı-100” mövzusunu əhatə edən konfransda “Ə.Məmmədxanlı və kino”, “Ənvər Məmmədxanlının pyesləri və tərcümə əsərləri”, “Ənvər Məmmədxanlının ssenariləri əsasında çəkilmiş filmlərin musiqisi” və s. mövzularda məruzələr dinlənilmişdir.

Konfransda muzeyin əməkdaşları tərəfindən hazırlanmış və Ə.Məmmədxanlının əsərlərinin səhnə təcəssümünü, ssenariləri əsasında çəkilmiş filmlərdən kadrları əks etdirən videoçarx nümayiş olunmuşdur.

AzərTAc