Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – İDEA çərçivəsində Bakıda ilk ağacəkmə kampaniyası keçirilmişdir
9.12.2011

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ilin iyulunda təsis etdiyi Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – İDEA çərçivəsində ilk ağacəkmə kampaniyası keçirilmişdir.
Dekabrın 8-də gənclər təşkilatlarının çoxsaylı nümayəndələri Bakının Zığ şosesinin 17-ci kilometrliyində 2 nömrəli yaşıllaşdırma idarəsinin sahəsində 20 mindən çox ağac və bəzək kolunun əkininə başlamışlar.