378 litr qan verdi
7.6.2013

84 yaşlı Florida sakini Harold Mendenholl 36 ildə rekord miqdarda qan verib.

1977-ci il 7 iyulda Haroldun sevimli xanımı Frenki sinə xərçənginə tutulub. Harold qadını üçün əlindən gələni etməyə çalışıb.

"Əvvəlcə mən sevimli Frenkim üçün qan verdim. Ona kömək edə bilməsəm də düşündüm ki, mənim qanım nə qədər adama kömək ola bilər. "

Haroldun sevimli xanımı 1984-cü ildə vəfat edib. Sonra isə o iki oğlunu da itirib. Kədərli Harold mütəmadi olaraq yerli qan bankını ziyarət etməyə başlayıb.

"Yaşadım. Bunun üçün bir səbəb olmalı idi. Ona görə də qan verməyə davam etdim."

84 yaşlı Harold nəinki qan verir, o həm də trombosit verir ki, bu da çox qiymətləndirilir və tez-tez leykamiya xəstələrinin müalicəsi üçün istifadə edilir.

Big.az