Təkcə Türkiydə deyil, Azərbaycanda da populyar olan "Möhtəşəm yüz il" serialının bir neçə gün əvvəl yayımlanan 101-ci bölümü yaradıcı heyətə xoşagəlməz sürpriz yaşadıb. Belə ki, serial nümayiş olunduğu müddət ərzində ilk dəfə olaraq aşağı retinq göstərib.
Buna səbəb serialın 101-ci bölümündə Hürrəm Sultan obrazının yer almaması olub. Bu rolu canlandıran aktrisa Məryəm Üzərli qəfildən almaniyaya qayıtdığı üçün rejissorlar ssenaridə dəyişiklik etmək məcburiyyətində qalıblar. Lakin həmin dəyişiklik onlar baha başa gəlib. "Möhtəşəm yüz il"in reytinqi 10-dan 7,71 bala düşüb.
Big.az