Bakıda Türkiyənin tanınmış sənətəkarı İdil Biretin solo-konserti təşkil olunacaq.
“İhlas” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə pianoçunun özü Macarıstanın paytaxtı Budapeştdə baş tutmuş konsertindən sonra deyib.
Budapeştdə keçirilmiş uğurlu konsertdən sonra açıqlama verən İ.Biret gələn aydan etibarən daha bir neçə ölkədə konsertinin təşkil olunacağını bildirib:
“Buradakı konsert, həqiqətən möhtəşəm oldu. Növbəti aydan başlayaraq, İtaliya, İsveçrə və Azərbaycanı əhatə edən mini-turneyə çıxacağam.
İnanıram ki, həmin konsertlər də istədiyimiz kimi yüksəl səviyyədə olacaq”.
Gün.az