Günün qoroskopu
10.6.2013

Qoç - məhsuldar gündür. Danışıqlar, qərarlar uğurlu ola bilər. Qarşılıqlı zidliyyət yarada biləcək məqamlarda ehtiyatlı davranın.
Problemlərin kökləri situasiyanın aşkarladığı səviyyədən də dərindədir.

Cari işlərdə yetərincə effekt verməyən kontaktları unudun. Baş verənlərin bir qismi üzərində nəzarətə nail olmaq üçün sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.

Axşam saatlarına yaxın nevroz davranış aktivləşə bilər. Bu səbəbdən də münasibətləri aydınlaşdırmaq, mübahisə, emosional davranış məsləhət deyil.

Buğa - işlərdə rasional, ünsiyyətdə səmimi olun. Təmaslarda rəğbət məqamı xüsusi önəm kəsb edir. Dostlarla əlaqələr sizin aktivliyinizi müəyyənləşdirəcək.

Yalnız sizə maraqlı və xoş olan işlərlə məşğul olmayın - gerçəkdən də, faydalı məqamları dəqiqləşdirin.

Gündəmdəki məsələləri nəzarətdə saxlayın. Əks təqdirdə heç bir səbəb olmadan problemlər yarana bilər.

Hisslərin axını və emosiyaların çılğınlığı sizi zəiflədə bilər. Situasiyanı kontrolda saxlayın. Kiminsə maraqlarını işlərinizdən üstün tutmayın. Nə baş verdiyini dəqiq bilin.

Əkizlər - hadisələrə aktiv müdaxilə edin. Əks təqdirdə olayların məcburi iştirakçısına çevriləcəksiniz. Rəhbərliklə danışmaq və işlə bağlı problemləri həll etmək üçün yaxşı vaxtdır.

Qarşılıqlı maraqlarınız olan şəxslərlə ünsiyyətdə səmimi olun. Gərginlik və xoşagəlməz situasiyalardan yayınmaq mümkün olmayacaq. Situasiyanın həlli faydalı ola bilər.

Şəxsi münasibətlərdə yazışma birbaşa ünsiyyətdən daha çox xeyir verə bilər.

Xərçəng - maraqlandığınız işlə məşğul olun. İnformasiya və ya məlumat axtarışı gözləntilərinizdən fərqli nəticələr verə bilər. Bütün imkanlardan yararlanmağa can atın.

İşdə həmkarlardan birinin və ya sizə yaxın insanın seçiminə təsir etməyin asan olmadığı situasiyalarda yaradıcı yanaşma xüsusilə effektiv olacaq.

Çevik və sayıq davranın. Yaxın ətrafınızda, yaşam arealınızdakı insanların əhvalındakı dəyişikliklər, onların əminsizlik və təlaşından istifadə edin.

Ailə üzvləri ilə ünsiyyət üçün yetərincə vaxt saxlayın.
Axşam saatlarında istirahət edin.

Şir - münasibətlərdə və davranışlarda düzəlişlər, yeniliklər, zəruri islahatları gerçəkləşdirmək zamanıdır. Dəyişin, situasiyaya uyğunlaşın.

Nəyi hər şeydən çox istədiyinizi, nəyə can atdığınızı dəqiqləşdirin. İfrat və neqativ emosiyalara varmayın. Hövsələsizlik və səbirsizliyə qapılmayın. Təmkinli olun, qısqanc davranmayın.
Rəqiblə münasibətlərdə gərginləşmə olacaq.

Söz işə uyğun gəlməlidir. Hər şeyə rəğmən, bütün alternativ variantları nəzərdən keçirin. Şərtlər və şəraitin dəyişməsinə operativ reaksiya verin. Qarşıda ciddi, önəmli günlər var. Xoş sürprizlər ola bilər.

Qız - yaşananları mümkün qədər təmkinlə, sakit şəkildə təhlil edin. Yanlış fikirlərin artmasına imkan verməyin. Hadisələr intensivləşir.

Tələb və sifarişlərin hamısının yerinə yetirilməsi üçün vaxt çatmaya bilər. Artıq təklif və tələbləri eyninizə almayaraq işlərinizlə məşğul olun.

Uğurlu və uğursuz təkliflər səslənəcək. Münasibətlərin korlanmaması üçün həmin təklifləri dəyərləndirin.

Problemin orijinal həllini tapın, gərginliyi çözün, Bundan sonra hansı istiqamətdə addımlar atacağınızı bəlirləməyibsinizsə, bir qədər nəfəs dərin, situasiyanı nəzərdən keçirin.

Tərəzi - günün ilk yarısı uğurlu başlanır. Lakin yaşananları mütləq şəkildə baş verməli olan hadisələr qismində qəbul edin. Gəlir mənbələri barədə düşünün, mənfəət yollarını araşdırın, təhlillər aparın.

Günün ikinci yarısında işlər çoxdur. Maraqlarınızı və ya mənafeyinizi müdafiə etməli olacaqsınız. Böyük xərclərə yol verməyin.

İşlərinizdə ailə sizə dəstək olacaq. Münaqişələrin böyüməsinə imkan verməyin, sizi yaxın ətrafınızdakı insanlarla birləşdirən nüansları arayın.

Əməkdaşlığın formalarının genişlənməsi, yeni layihələr və planların ailə üzvləri ilə müzakirəsi üçün yaxşı vaxtdır.

Əqrəb - uğurlu gündür və indiyədək yerinə yetirə bilmədiyiniz işləri uğurla başa vura biləcəksiniz. Dəyişiklərə hazır olun, əks təqdirdə işlər yarımçıq qalacaq.

İşin maraqları xətrinə gərəkli insanla danışıqlar aparın. İşdəki aktivliyə maksimum diqqət ayırın, səy göstərin.

Şəxsi həyatınızdakı dəyişiklikləri sürətləndirməyin. Əks təqdirdə anlaşılmazlıqla qarşılaşa bilərsiniz. Gözləntilərinizin biri doğrulacaq.

Gələcəkdə perspektivlərinizin artması ilə bağıl təkliflər alacaqsınız. Gözlədiyiniz məlumatı eşidəcəksiniz. Təmayüllər tam izhar olacaq.

Oxatan - həddən artıq çox iş görməyə çalışmayın. İşdə ifrat dərəcə səy göstərməyin, çünki buna qiymət verən olmayacaq.

Sizinlə münasibətləri aydınlaşdırmağa çalışan insanların təxribatına uymayın. Dəyişikliklər və yeniliklərlə bağlı tələskənliyə yol verməyin. Sadəcə, sizin səbr kasanızı daşdıran ünsürdən qurtulun. Yaşam arealında qayda yaradın, hesabları ödəyin, borcu qaytarın.

Əminlik yoxdursa, rəğbət bəslədiyiniz insan və ya dostlarla görüşü təxirə salın.
Axşam saatlarında ev işləri ilə çox məşğul olmayın.
İstirahət edin, stressdən qurtulun.

Oğlaq - tərəfdaşlar, rəhbərlik və ya rəqiblərin reaksiyasının dəqiqləşdirilmədiyi məkanlarda aktiv olmayın. Şəraitə uyğun davranın, çalışdığınız layihələrin təfərrüatlarına daha çox diqqət yetirin.

Avantüraları istsina edin. Konstruktiv əsası olan məsələlərə daha çox fikir verin.
Dostlar məsləhəti, yardım və ya köməklə dadınıza çata bilər.

Qəfil an olsa da, yetərli effektə nail olmaq üçün şansdan yararlanın. Emosional narazılıq, təşviş sizi təbdən çıxara bilər.

Alış-veriş uğurlu olmayacaq, pulların mənasız sərfiyyatına çevriləcək.

Dolça - işlərinizi artırmayın, izafi öhdəliklər götürməyin. Belədə tez yorula bilərsiniz. Prioritetləri müəyyənləşdirin və əvvəllər yerinə yetirə bilmədiyiniz işlərin öhdəsindən gəlmək şansını dəyərləndirin.

Ünsiyyətdə məhdudiyyət yoxdur. Maraqlı şəxslərlə danışıqlar aparın. Müzakirələr və sövdələşmələr üçün əlverişli gündür.

Cari situasiyanın sizdən tələb etdiyi məqamları dürüst hesablayın.
İşdə həmkarlarla münasibətlərdə gərginlik yaratmayın, problemi çözməyin yolunu tapın. Emosiyalarınızı gərərək əlavə problemlər yaratmayın.

Tələskənlik etməyin, hövsələsiz davranmayın. Təmkinli və soyuqqanlı olun.
Vaxtınızı əsassız xülyalara sərf etməyin, ciddi işlərlə məşğul olun.

Balıqlar - yaşanacaq hadisələrə süni təkan verməyin. Olaylar öz məcrasında, spontan şəkildə inkişaf etsin.

Cavab reaksiyasını ləngitməyin. Aktiv olun, enerjili fəaliyyət göstərin. Tələskənlik, hövsələsizlik etməyin. Yalnız öz maraqlarını düşünərək yaxın ətrafınızdakı insanların mənafelərini heçə saymayın.

Kollektiv işə töhfəniz ciddi ola bilər. Məqsədi dəqiqləşdirin, rolunuzu dəqiq yerinə yetirin.
Bundan sonrakı fəaliyyətinizin istiqamətləri müəyyənləşir.

Yeni informasiya, suallara cavablar peyda olur. Axşam saatlarında sakit məşğuliyyəti seçin, istirahət edin.
Səhhətinizə fikir verin.

Milli.Az