Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Avropa çempionu oldu
10.6.2013

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatı başa çatıb. idmançımız Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzminin məğlub edərək qızıl medal qazanıb.

Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorovа uduzaraq, “gümüş”lə kifayətlənib.

Xatırladaq ki, Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülmüşdülər.

APA