Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet
televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi
keçirilib. Kanalın rəhbəri Rüstəm Əliyev bildirib ki, tibbin son
nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına
çatdırılacaq.
Sonra televiziya kanalının əməkdaşları tədbir iştirakçılarına təqdim
olunub. 24 saat fəaliyyət göstərəcək kanalın verilişlərinin 80 faizi
qurumun öz istehsalı olacaq.