Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyası fəaliyyətə başlayacaq
9.12.2011

Azərbaycanda ilk tibb və sağlamlıq kanalı olan www.tvtibb.az internet televiziyasının fəaliyyətə başlaması ilə bağlı təqdimat mərasimi keçirilib. Kanalın rəhbəri Rüstəm Əliyev bildirib ki, tibbin son nailiyyətləri bu kanalda Azərbaycan dilində ölkə tamaşaçısına çatdırılacaq.
Sonra televiziya kanalının əməkdaşları tədbir iştirakçılarına təqdim olunub. 24 saat fəaliyyət göstərəcək kanalın verilişlərinin 80 faizi qurumun öz istehsalı olacaq.