Bir çox ailələr evliliklərinin ilk ilində ildönümü qeyd edirlər. Sonradan isə onlar illərin sayını belə unudurlar.
Yaddaş üzüyü (Remember Ring) adlanan üzük isə belə vəziyyətdə olan ailələrə dayaqdır.
Belə ki, adi evlilik üzüyü kimi görünən üzük evlilik ildönümünü yada salır. Özü də özünəməxsus şəkildə. Belə ki tarixi gündə üzük isinməyə başlayır. Əgər ona fikir verməsən hər saat daha çox isinən üzük 48 dərəcəyə qədər isinə bilir.
Üstəlik üzük su keçirmir, suda xarab olmur və əzilmir. Ağ və sarı qızıldan hazırlanmış üzüklərin qiyməti isə 760 dollardır.
publika.az