12 il qurdlarla yaşadı
10.6.2013

Dünyanın ən maraqlı hadisələrindən birini yaşayan Markos Rodriges adlı bir ispan, qurdlarla inanılmaz bir şəkildə ünsiyyət qura bilir.

Markos Rodriges Pantoja 7 yaşından 19 yaşına qədər İspaniyadakı Sierra Morena dağlarında qurdlarla birlikdə yaşayan bir adamdır və heyvanlarla olan ünsiyyət qabiliyyəti hamını şoka salır.
Hal-hazırda Qalisiya vilayətində yaşayan Marcosun 66 yaşı var, amma hələ də çox sağlamdır.1965-ci ildə ispan jandarması tərəfindən dağda tapılaraq "mədəniyyətə qovuşdurulan" Markos danışmağı çətin öyrənib, ətrafına uyğunlaşmaqda da bir xeyli çətinlik çəkib.

Markos öz maraqlı hekayəsini belə nəql edir: "Bir neçə qurd balası gördüm və onlarla oynamağa başladım. Qurdların dalınca düşdüm. Sonra bir mağaraya girdik. Orada yatıb qalmışdım. Sonra bir dişi qurd gəldi. Gözlərini üzərimə dikdi. Gəlib məni yalamağa başladı. Artıq ailənin bir parçasıydım" .
Markosun maraqlı həyat hekayəsi "Qurd qardaşlar" adlı bir kino filmə də mövzu olub.

publika.az