Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı ümummilli liderin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.
Prezident İ. Əliyev görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib. Dövlət başçısını dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət edirlər.
Qeyd edək ki, Heydər Əliyevin vəfatından səkkiz il ötür. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub.